Texnoloji
Kalaşnikovun görünüşü dəyişdi - FOTO
Rusiyada məşhur AK-47 Kalaşnikov avtomatının istehsalçısı bu silahı rebredinqdən keçirərərk avtomatın görünüşünü və Kalaşnikov şirkətinin loqotipini təzələyib.
Publika.az-ın məlumatına görə, AK-47 avtomatını istehsal edən Kalaşnikov konserni ötən gün Moskvada K və C hərflərindən ibarət yeni loqonu təqdim edib. Russia Today vebsaytına görə, istehsalçının yeni şüarı qismində "Protecting Peace" ("Sülh silahı") kəlməsi seçilib.
Şirkət eyni zamanda "Kalashikov" markası ilə yeni hərbi geyim istehsalına da başlayıb. Ümidlərini əsasən məhsulunun ixracına bəsləyən şirkət, Qərbin sanksiyalarına məruz qalan Rusiya müəssisələri sırasındadır. Məlumatlara görə Qərbin sanksiyaları ABŞ və Kanadaya 200,000 avtomatın satışını əngəlləyib.
"Kalashnikov" və ya AK-47 avtomatları dünyada ən çox yayılmış yüngül hərbi silah növüdür. Silah ucuz və nisbətən sadə olduğundan Asiya və Afrikada üsyançı dəstələr arasında rəğbət qazanıb. Təxminlərə görə, dünya boyu satılmış Kalaşnikov avtomatlarının sayı 100 milyona çatır.
Şirkət 2014-cü ildə 140,000 ədəd, yəni ötən illə müqayisədə 2 dəfə çox, avtomat satdığını elan edib. "Kalashnikov" şirkətinin direktoru Aleksey Krivoruçko 2020-ci il üçün bu göstəricinin 300,000 ədədə çatacağını vəd edib.
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17 Aprel 17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər