Suyun altında mağaza açıldı - FOTO
Bizi izləyin

Texnoloji

Suyun altında mağaza açıldı - FOTO

Dubayda “Sony” şirkətinin sukeçirməz qurğular üçün ixtisaslaşdırılmış mağazası açılıb.

Publika.az xəbər verir ki, “Sony Aquatech Store” adlanan mağazanın özəlliyi onun suyun altında yerləşməsidir.

Bildirilir ki, mağaza kiçik dərinlikdə yerləşən günbəzdən ibarətdir. Orada hava olduğuna görə içəridə akvalanqsız da nəfəs almaq mümkündür. Bununla belə, mağazanın interyeri bir o qədər də zəngin deyil. Yalnız divarlara yapışdırılmış reklam materialları və böyük qutulara salınmış bir neçə “Xperia” smartfonu mağazanın interyerini tamamlayır.

Şirkətin qurğuları yalnız müəyyən vaxt ərzində sukeçirməzdir. Aparatlar nəzərdə tutulan müddətdən artıq suda qaldıqda, sözsüz ki, su keçirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm