Texnoloji
Azərbaycanda "Android" platformalı telefon işlədənlərə - XƏBƏRDARLIQ
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi "Google Play Market" mağazaları vasitəsilə əlavələrin yüklənməsi zamanı istifadəçilərə diqqətli olmağı təkidlə tövsiyə edir. Bunu Mərkəzin rəhbəri Faiq Fərmanov deyib.
Onun sözlərinə görə, cinayətkarlar populyar "Android"
platformasına həddən artıq diqqət göstərirlər və əlavələr mağazalar
vasitəsilə zərərli proqramların paylanmasında fəallaşıblar: "Sistem
daha populyar olduqca viruslar və sistemi dağıtmaq istəyənlərin
sayı çoxalır. Biz istifadəçilərin təhlükəsizliyinin təmin
edilməsində dünya vendorları ilə sıx əməkdaşlıq etmək
niyyətindəyik".
F.Fərmanov təəssüflə qeyd edib ki, hazırda buna az adam diqqət
yetirir: "Biz bu və ya digər məsələlər üzrə təklif və
tövsiyələrimizi təqdim etməyə hazırıq. Söhbət hazırda xüsusi diqqət
ayırdığımız maarifləndirici tədbirlərdən gedir. Mərkəz artıq
bukletlərin, sosial şəbəkələrdə təhlükəsizlik qaydalarının və s.
məsələlərin hazırlanmasına başlayıb". /Trend/
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı