Texnoloji
“Facebook” “Microsoft Bing” axtarış sistemini dayandırdı
Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” öz saytında “Microsoft Bing” axtarış sistemindən istifadəni dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə “Facebook” nümayəndələrinə istinadən “Reuters” agentliyi məlumat yayıb.
“Facebook”da indiyə qədər iki axtarış sistemi işləyib. Veb-məzmun üzrə axtarış “Bing” sisteminə əsaslanıb, “sosial axtarış” isə “Facebook Graph Search” sisteminin hesabına işləyib.
Ancaq hazırda “Facebook” saytda axtarış funksiyasının reallaşdırılması üzrə yanaşmasına yenidən baxıb.
"Biz hazırda “Facebook” axtarış sistemində edilmiş sorğular əsasında veb-məzmun üzrə axtarış nəticələrini göstərmirik, çünki əsas məqsədimiz insanlara sosial şəbəkədə mübadilə edilən informasiyanı tapmaqda kömək etməkdir. Biz “Microsoft”la bir çox sahələrdə əməkdaşlığa davam edəcəyik" – sosial şəbəkənin nümayəndəsi deyib. “Microsoft” bu informasiyanı şərh etverməyib.
“Statcounter” xidmətinin məlumatına görə, “Bing” populyarlığına görə dünyanın ikinci axtarış sistemidir. Ancaq 4,4 faiz bazar payına malik “Microsoft”un axtarış sistemi “Google”dan çox geri qalıb.
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO