Texnoloji
Smartfon telefonlar yuxusuzluğa səbəb olur
Smartfon telefonlar yuxusuzluğa səbəb olan ciddi amil adlandırılıb. Yatmazdan əvvəl bir çox insanlar poçtu yoxlayır, SMS mesajları oxuyur, sosial şəbəkələrdə mesaja cavab verirlər. Nəticədə cihazı çarpayısının yaxınlığında yerləşdirmiş istifadəçilər yata bilmirlər.
Kaliforniya universiteti yanında Yuxu Pozulmaları Mərkəzinin direktoru doktor Devid Kleman “Gecənin bir anı oyanıb telefonu yoxlayırsınızsa, gördüklərinizlə bağlı mütləq narahatlıq hiss edəcək və gərginlik keçirəcəksiniz”,- deyib. Həkimin sözlərinə görə, məhz mobil qurğular yuxu ilə bağlı şikayətlərin artmasına səbəb olub.
Harvard tibb məktəbindən nevroloq Orfyu Bakston, həmçinin hesab edir ki, “Yataq otağında smartfon və ya planşetin mövcudluğu yatmağa mane olan həyəcanın səbəbi ola bilər. Bu o deməkdir ki, siz heç vaxt yuxuya getmirsiniz və ayıqsınız, bu isə yuxusuzluğun əsl əlamətləridir”,- deyir. 2013-cü ildə Feysbukun sifarişilə “IDC Research” tərəfindən keçirilmiş sorğuya əsasən, ABŞ-da smartfon sahiblərinin 44%-i cihazdan zəngli saat kimi istifadə edirlər. Gecə vaxtı bilmək üçün cihaza baxan smartfon sahibləri internetdən çarxları izləyərək yuxusuz qalırlar. Həkimlər belə hallarda interneti olmayan və tətbiq quraşdırıla bilməyən ucuz zəngli saat almağı, planşet və ya telefonu başqa otaqda enerji ilə doldurmağı tövsiyə edirlər. /“Axar.az”
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular