Azercell gələcəyin mühəndislərini bir araya topladı (R)
Bizi izləyin

Texnoloji

Azercell gələcəyin mühəndislərini bir araya topladı (R)

Azercell gələcəyin mühəndislərini bir araya topladı

İqtisadi baxımdan güclənən və bazar iqtisadi münasibətlərinin daha təkmil şəkildə formalaşmasına önəm verən Azərbaycan üçün təhsilin inkişafı, peşəkar, savadlı kadrların yetişməsi olduqca əhəmiyyətlidir.

Bunu hər zaman nəzərə alan “Azercell Telekom” MMC ictimai əhəmiyyətli layihələr həyata keçirməklə Azərbaycanda akademik potensialın inkişafına nail olmağa dəstək olur. Fəaliyyətə başldadığı gündən bu yöndə bir çox uğurlu layihələrə imza atan Azercell bu gün də ənənəsinə sadiqdir.

Belə ki, fevralın 6-da Azercell-in “Barama İnnovasiya Mərkəzi” “Caspian Engineering Society”-nin həmtəşkilatçılığı ilə “CES Qış Kampı” adlı tədbir keçirib. Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Xəzər Universiteti və Orta Doğu Teknik Universitetlərinin (OTDU – METU ) mühəndislik ixtisası üzrə təhsil alan 40 nəfər tələbəsi üçün müxtəlif seminarlar və təlimlər keçirilib. Tədbirdə “IT sahəsində iş imkanları”, “İOS əməliyyat sistemi” və “Texnoloji sahibkarlıq” haqqında geniş mühazirələr və müzakirələr keçirilib.

Eyni zamanda Azercell şirkətini İnsan Qaynaqları Departamentinin nümayəndəsi tələbələrə şirkətdə iş imkanları barədə geniş məlumat verib. Tələbələr Barama İnnovasiya Mərkəzinin fəaliyyəti və indiyə qədər həyata keçirdiyi layihələrlə də daha yaxından tanış olublar.

“CES Qış Kampı” tədbirinin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələri İT sahəsindəki imkanlar haqqda marifləndirməkdir.

Qeyd edək ki, Azercell-in dəstəyi və Barama İnnovasiya Mərkəzinin köməyi ilə indiyədək Azərbaycanda bir sıra innovativ layihələr həyata keçirilib.

“Ümumdünya Startup Müsabiqəsi”, “Baku TechTalks”, “Elm və Texnologiya Sahibkarlığı Proqramı” və digər layihələrin sayəsində bacarıqlı gənclər öz ideyalarını reallaşdırmaq, həmçinin onları beynəlxalq aləmdə təqdim etmək vədaha böyük maliyyə dəstəyi almaq imkanı qazanıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm