2015-ci ilin ən çox gözlənilən planşetləri
Bizi izləyin

Texnoloji

2015-ci ilin ən çox gözlənilən planşetləri

Dünyada böhran hökm sürsə də, müxtəlif qadjet istehsalçıları, əksəriyyəti növbəti ilin başlanğıcında təqdim ediləcək innovativ qurğuların hazırlanması prosesini dayandırmaq niyyətində deyillər.


Bu il bizi gözləyən bir-birindən maraqlı planşet nümunələri təqdim edilib.


Nexus 2015 edition – İlk sırada əlbəttə ki, "Nexsuslar" xəttinin növbəti yenilənməsi dayanır. Planşet şirkətin 2015-ci ildə keçiriləcək sərgilərindən birində nümayiş olunacaq. Ötən il "Motorola" və "Google" Nexus 6 adlı altı düymlük qurğunu satışa çıxardı və bununla da etalon qadjetlərin yeni tipinin əsası qoyuldu: hazırda bu, Androidin həm son versiyası, həm də kifayət qədər inkişaf etdirilmiş konfiqurasiyasıdır.


Toshiba Shared Board (TT301) – Yeni qeyri-müəyyən Nexsus qurğusundan fərqli olaraq, "Toshiba" haqqında bəzi məlumatlar verilib: bu 24 düymlük diaqonallı biznes-planşet televizora daha çox bənzəyir. Toshiba Shared Board monitor rolunu da oynaya bilər. HDMI konnektoru da məhz bunun üçün nəzərdə tutulub.


Microsoft Surface Pro 4 & Surface Mini – Bu klaviaturalı planşet-slayderin tipi əvvəlkindən fərqlənmir. "Microsoft" şirkəti qurğuda şarnir mexanizmini təkmilləşdirib. Eyni zamanda, Surface Pro 4 növbəti il yeni və daha effektiv Intel Broadwell çipi ilə təchiz oluna bilər. Bu mini-versiya 8 düymlük ekrana malik olacaq.


Apple iPad Pro – Digər "pro" isə Apple-dan gözlənilir: Şirkət yeni versiyanı hələ 2014-cü ilin avqust ayından hazırlamağa başlayıb. Ümumiyyətlə, bu planşet mövcud "kiçik" iPad-lərin əvəzetməsi kimi deyil, Apple-nin oriyentasiyasını dəyişməsi kimi qəbul edilir.

ANS PRESS

Oxumağa davam et
Reklam
Reklam

Gündəm