• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

ABŞ-da smartfonlar oyun konsollarından populyardır

  • Texnoloji
  • 14 Fevral 2014 01:16
  • 1 076 Baxış
ABŞ-da smartfonlar oyun konsollarından populyardır

İstehlak elektronikasının ən iri bazarı hesab edilən ABŞ-da smartfonlar populyarlığına görə oyun konsollarını ötüb.

Belə ki, "Nielsen" şirkətinin hesabatına əsasən, amerikalıların 65 faizi ən azı bir smartfona, 46 faizi oyun konsoluna sahibdir. Orta hesabla bir amerikalının payına dörd qurğu (adətən bu, HDTV-televizor, fərdi kompüter və smartfondur) düşür. Onların 29 faizi planşet kompüter sahibidir və bu göstərici son iki ildə 5 faiz artıb.

Mobil qurğuların populyarlığının artması ABŞ sakinlərinin boş vaxtlarını necə keçirməsinə təsir edib. "Nielsen"in məlumatına görə, 2014-cü ildə ölkə sakinləri internetdə əlavə və saytlara baxmağa ayda orta hesabla 34 saat sərf ediblər. Fərdi kompüterlər üçün analoji fəaliyyət 27 saatadək azalıb.

2013-cü ildə ümumilikdə dünya bazarına 1 milyarddan çox smartfon tədarük edilib. "IDC" analitik şirkətinin hesablamasına görə, ötən il smartfonların tədarük həcmi 2012-ci illə müqayisədə 38,4 faiz artıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR