Kosmosda qəza: Əlaqə kəsildi
Bizi izləyin

Texnoloji

Kosmosda qəza: Əlaqə kəsildi

Yanvarın 14-də Beynəlxalq kosmik stansiyada fövqəladə vəziyyət yaranıb. Hava uçuşları və kosmik fəzanın tədqiqi üzrə idarənin (NASA) məlumatına görə, stansiyada ammonyak sızması baş verməyib.

Bu məlumat NASA-nın Tvitter səhifəsində yer alıb.

Rusiyanın NTV telekanalı xəbər verir ki, ekipajdan soyuducu sistemdə təzyiqin qalxması barədə məlumat daxil olub. Hazırda ABŞ mütəxəssisləri stansiyanın Amerika siqmentində həyəcan siqnalının işə düşməsinin üç versiyasını – təzyiqin kəskin qalxması, siqnalverici cihazda və kompyuterdə nasazlıq versiyalarını nəzərdən keçirirlər.

Bununla yanaşı, Rusiyanın uçuşları idarəetmə mərkəzindən İnterfax agentliyinə bildiriblər ki, Beynəlxalq kosmik stansiyanın Rusiya seqmentində oksigen, su və ərzaq ehtiyatı altı nəfərlik tam heyətin uzunmüddətli yaşamasına kifayət edəcək qədərdir.

Beynəlxalq kosmik stansiyanın Amerika siqmentinin ekipajı öz növbəsində qəzalı vəziyyətlə bağlı gecəni Rusiya siqmentində keçirəcəklərini bildiriblər. Kosmonavtlar, həmçinin stansiyada təlaş olmadığını və hadisənin “nəzarət altında saxlanıldığını bildirib”.

Qeyd edək ki, bir qədər əvvəl Beynəlxalq kosmik stansiyanın Amerika siqmentində soyutma sistemindən stansiyaya zərərli maddələrin sızması baş verdiyi barədə məlumat verilmiş, stansiyanın Amerika siqmenti təcrid olunmuş və ekipaj Rusiya siqmentinə keçirilmişdi.

Beynəlxalq kosmik stansiyada altı nəfər, o cümlədən rusiyalı Aleksandr Samokutyayev, Yelena Serova və Anton Şkaplerov, amerikalı Barri Uilmor və Terri Vyorts, həmçinin italyan Samanta Kristoforetti fəaliyyət göstərirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm