• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

"Google Translate"dən sinxron tərcümə

"Google Translate"dən sinxron tərcümə

Yeni səs funksiyasına görə "Google Translate" tətbiqi bundan sonra "canlı tərcüməçi" kimi istifadə oluna bilər.

Publika.az-ın məlumatına görə, şirkət açıqlama verib ki, təzələnmiş tətbiq danışılan dilləri avtomatik olaraq müəyyənləşdirib tərcümə edəcək. Yenilənməyə görə, istifadəçilər həmçinin telefonun kamerası vasitəsilə mesajı dərhal tərcümə edə bilərlər.

Lakin dilçilər hesab edir ki, tətbiq daha mürəkkəb dil alətlərini anlaya bilməyəcək.

"Adi şeylər üçün çox yaxşı ola bilər. Misal üçün mənim anam heç bir başqa dili bilmir amma səyahət etməyi çox sevir, beləliklə bu, hansısa şəhərdə ona yolu tapmağa kömək edə bilər. Amma nüansları, yumoru heç vaxt anlaya bilməyəcək", Northumbria Universitetinin müasir xarici dillər üzrə professoru Ariane Boqain deyib.

Bundan əvvəl Google Translate tətbiqinin səs funksiyası var idi, lakin deyilən sözləri tərcümə edib onları bərkdən təkrar edirdi. Lakin bu funksiya sinxron şəkildə deyil, cümlə-cümlə çevirirdi. Bəzən sözlərin tələffüz olunması və cümlələrin ritmilə problemlər yaranırdı.

Google bildirib ki, tətbiqin yeni funksiyası İngilis dilindən fransız, alman, italiyan, Portuqaliya, rus və ispan dillərinə və əks istiqamətdə tərcümə edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR