Əli Abbasov: "Azerspace-1" 2016-cı ildən özünü maliyyələşdirəcək”
Bizi izləyin

Texnoloji

Əli Abbasov: "Azerspace-1" 2016-cı ildən özünü maliyyələşdirəcək”

“Azərbaycanın ikinci kommunikasiya peyki 2016-cı ildən öz-özünü maliyyələşdirə biləcək”.

Publika.az xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, "Azerspace-1" əgər 2013-cü ilin birinci yarısının nəticələrinə görə peyk operatoru tərəfindən cəlb edilən kredit vəsaitlərinin 50 faizi ödənilmişdisə, bu gün həmin göstərici 75 faizə çatıb. Peyk 2016-cı ildən öz xərcini tam çıxaracaq və gəlir gətirməyə başlayacaq”

İndiyə qədər infrastruktur layihələri həyata keçirdiklərini deyən nazirin sözlərinə görə, 2015-ci ildə nazirliyin əsas hədəfi İKT və yüksək texnologiya sahəsində istehsal sahəsini genişləndirməkdir:

“Əsas məqsədimiz ixracat yönümlü sahəni inkişaf etdirməkdir. Bu istiqamətdə son 2 ildə hüquqi bazanın, işgüzarlıq mühitinin, maliyyə resurslarının əldə olunması üçün şərtlərin həyata keçirilməsini təmin etmişik. Artıq yarım ildir ki, böyük şirkətlərlə danışıqlar aparırıq. 2015-ci ildə yaddaqalan hadisələr bu isitqamətdə, yəni ixrac yönümlü xidmətlərin inkişafı istiqamətində olacaq”.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm