Texnoloji
Protezlər üçün həssas dəri
ABŞ və Cənubi Koreyadan olan alimlər protezlər üçün süni dəri kəşf ediblər.
Publika.az xəbər verir ki, dartıla bilən süni dəri təzyiq, rütubət və istiliyə həssasdır.
Tərkibində polimer olan bu elastik material insan bədəninin zərər görmüş dərisini əvəzləmək üçün nəzərdə tutulmayıb. Süni dəri, protez üzv və ya insanabənzər robotların üzvlərində istifadə olunacaq.
Seul Universitetinin Kimya və Biologiya mühəndisliyi fakültəsinin professoru Kim Dae-Hyeong deyir ki, süni dərinin hissiyat sistemi insan dərisinin tamamilə eynisidir.
Kim Dae-Hyeonq: "Dəri təzyiqi, hərarəti, rütubəti hiss edə bilir. Bu, həmçinin insan dərisi kimi yumşaqdır və tərkibində istilik elementləri olduğu üçün özünü qızdıra bilir."
Kim deyir ki, süni dəri rezin, polimid və silikonun qarışığından düzəldilib və hər kvadrat millimetrə 400-ə yaxın hissiyat sensoru düşür.
Süni dərilə örtülmüş protez əl quru və yaş obyekti ayıra bilir, tuta bilmə gücünü ölçür.
Ancaq süni dərinin edə bilməyəcəyi yeganə şey həmin siqnalları beyinə ötürməkdir. O, bunun alimlərin növbəti hədəfi olduğunu bildirir.
Kim Dae-Hyeonq: "Ümid edirəm ki, sintetik dəri ilə örtülmüş robot orqan əlil insanlar tərəfindən istifadə oluna bilər. Sənayedə isə onların insanabənzər robotlar kimi fərqli robotlarda istifadəsi mümkündür."
Alimlər deyir ki, bir gün bu süni dəri ilə robotlar klaviaturada çap edə və hətta uşaq bezini dəyişdirə biləcək.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!