• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

"Azerspace-2"-nin icarəsi üzrə ilkin razılaşma əldə olunub

"Azerspace-2"-nin icarəsi üzrə ilkin razılaşma əldə olunub

Beynəlxalq peyk rabitəsi təşkilatı "Intelsat" Azərbaycanın "Azerspace-2" telekommunikasiya peykinin resurslarının 45,9 faizini icarəyə götürür.

Bu barədə şənbə günü Trend-ə ölkənin Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd ediblər ki, göstərilən məsələ ilə bağlı artıq "Intelsat" ilə ilkin razılaşma əldə olunub və yaxın gələcəkdə müqavilənin imzalanacağı gözlənilir.

"Intelsat" habelə Azərbaycanın "Azerspace-2" peyki üçün orbital mövqe icarəyə götürdüyü tərəf rolunda da çıxış edir.

Qeyd edək ki, "Azerspace 2"-nin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR