Texnoloji
Günəş batareyası ilə işləyən təyyarə səyahətə çıxır
İsveçrənin Solar İmpulse-2 təyyarəsi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtından dünya səyahətinə başlayacaq.
Rusiyanın NTV telekanalının verdiyi xəbərə görə, layihənin təşkilatçıları dünya səyahətinin ya fevralın sonlarında, ya da martın əvvəllərində başlayacağını bildirirlər. Beş aylıq uçuş zamanı təyyarə yalnız günəş batareyalarından qidalanaraq 35 min kilometr yol qət etməlidir.
Əbu-Dabidən başlayacaq ekspedisiya Hindistan, Çin, ABŞ və Aralıq dənizinin ərazilərindən keçməlidir. Təyyarənin Birləşmiş Ərəb Əmirliyinin paytaxtına dönüşü isə iyulun axırı – avqustun əvvəllərinə planlaşdırılır.
Dörd elektrik mühərriki ilə təchiz olunmuş Solar İmpulse-2 təyyarəsi korpusunda yerləşdirilmiş 17 min batareyanın köməyi ilə tam enerji yığdıqdan sonra maksimal sürətini saatda 140 kilometrə qədər çatdıra bilir.
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT