Qardaş ölkə daha bir peykini orbitə buraxıb
Bizi izləyin

Texnoloji

Qardaş ölkə daha bir peykini orbitə buraxıb

Türkiyənin "Türksat 4А" peyki Qazaxıstanın "Baykonur" kosmodromundan orbitə buraxılıb. Trend-in məlumatına görə, xəbəri "TRT Haber" telekanalı yayıb.

Türkiyənin "Türksat 4А" peyki Qazaxıstanın "Baykonur" kosmodromundan orbitə buraxılıb. Xəbəri "TRT Haber" telekanalı yayıb.

Telekanalın məlumatına görə, peykin buraxılması mərasimində Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Elvan iştirak edib.

Yaponiyanın "Mitsubishi Electric" şirkəti tərəfindən yaradılan "Türksat 4А" peyki yanvarın 8-də Türkiyəyə təhvil verilib.

Türkiyənin ilk "RASAT" kəşfiyyat peyki 2011-ci ildə orbitə buraxılıb.

2012-ci il dekabrın 18-də Türkiyə Çinin "Jiquan" bazasından özünün ikinci "Göktürk-2" peykini buraxıb. Peykdən müdafiə məqsədləri üçün istifadə olunur.

2016-cı ildə "Türksat 5A" peykinin buraxılışı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm