Tvitterdən iki möhtəşəm yenilik - VİDEO
Bizi izləyin

Texnoloji

Tvitterdən iki möhtəşəm yenilik - VİDEO

Tvitter iki əhəmiyyətli yeniliyini təqdim edib.

Axar.az xəbər verir ki, əvvəllər Tvitter hesabı ilə yazılan şərhləri oxuyub rəy yazmaq olurdusa, onları xüsusi olaraq dostlarla gizli müzakirə etmək funksiyası yox idi. İndi bu da mümkün olacaq.

Artıq Tvitterin birbaşa mesaj bölməsində qrup açaraq söhbəti qrup şəklində davam etdirə bilərsiniz. Bu funksiya üçün qrupdakı profillərin bir-birini izləməsi (follow) vacib deyil. Sadəcə, profillər həmin qrupa əlavə olunaraq söhbət edə bilərlər. Daha bir yenilik ondan ibarətdir ki, Tvitter istifadəçiləri artıq heç bir problem yaşamadan, vaynlardan (vine) istifadə etmədən birbaşa olaraq video çəkib, ona dəyişikliklərlə paylaşa bilərlər. Tvitter 30 saniyəlik çəkilən video yeniliyini hələlik yalnız Ayfon (iPhone) telefonlarından icra etmək mümkün olduğunu bildirib.

Bu proqram android telefonlar üçün də yaxında hazır olacaq. Qeyd edək ki, yeni video-proqramdan ilk 30 saniyəlik video paylaşan istifadəçi aktyor Niyel Patrik Harris olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm