Texnoloji
Rusiya orbitə rəsədxana göndərir
Rusiya yeni kosmik “Millimetron” rəsədxanasını 2025-ci ildə orbitə göndərməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu qurğu kainatda cərəyan edən proseslər haqqında yeni məlumatlar toplamağa, qara dəliyin daxilində nə baş verdiyini anlamağa, eləcə də “qara enerjinin” mənşəyi haqqındakı məlumatları dəqiqləşdirməyə kömək edəcək.
“Millimetron” layihəsi federal kosmik proqrama daxildir. O, Rusiya Elmlər Akademiyası Lebedev adına Fizika İnstitutunun Astrokosmik mərkəzi tərəfindən “Radioastron” layihəsinin davam və inkişafı kimi təklif edilib. Qeyd edək ki, “Radioastron” – dünyada ən iri kosmik radioteleskopdur. O, hazırda 40-a yaxın rus və xarici yerüstü radioteleskoplarla birlikdə orbitdə uğurla fəaliyyət göstərir.
Gələcək “Millimetron” rəsədxanası “Radioastron”dan fərqli olaraq başqa uzunluq diapazonunda işləyəcək – 0,3-17 millimetr arasında. Gözlənilir ki, “Millimetron” qara dəliyin hüdudlarına daha yaxın məsafədən nəzər salmağa, oradakı prosesləri tədqiq etməyə, ulduzların və ekzoplanetlərin yaranmasını görməyə və yadda saxlamağa imkan verəcək.
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO