Mobil telefonlar insan səhhəti üçün tam təhlükəsizdir
Bizi izləyin

Texnoloji

Mobil telefonlar insan səhhəti üçün tam təhlükəsizdir

Mobil telefonlar insanın səhhətinə təsir eləmir. Belə bir nəticəyə İngiltərə alimləri 11 illik təhqiqatdan sonra gəliblər.

Mobil telefonlar insanın səhhətinə təsir eləmir. Belə bir nəticəyə İngiltərə alimləri 11 illik təhqiqatdan sonra gəliblər.

Araşdırmalar həmçinin, baza stansiyasının buraxdığı şüaların hamiləlik dövründə bətndəki uşaqların qan xəstəliyinə səbəb ola biləcəyini sübut edəcək heç bur dəlil aşkarlamayıb.

Proqramın rəhbəri, professor Devid Koqqon deyib: “11 il öncə, araşdırmalar təzə-təzə başlayanda mobil telefonların orqanizmə mümkün təsirləri ilə bağlı alimlərin təsəvvürləri müxtəlif, hətta bir-birinə diametral zidd idi. İndi isə tam müstəqil olan araşdırma çoxillik mübahisələrə müəyyən nöqtə qoyub. Və biz mobil telefonun və ya baza stansiyasının yaydığı radiodalğaların insan orqanizmi üçün risk yaratdığına dair heç bir dəlil tapmamışıq”.

Koqqonun nəticələri mobil texnologiyaların xərçəng əmələ gətirmədiyi və sağlamlığa ziyan vurmadığı barədə 2012-ci ildə aparılmış araşdırmaların nəticələrini bir daha təsdiqləyib.

Təhqiqatlara 13,6 milyon funt xərclənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm