Azərbaycanda informasiya təhlükəsizliyi laboratoriyaları yaradılacaq
Bizi izləyin

Texnoloji

Azərbaycanda informasiya təhlükəsizliyi laboratoriyaları yaradılacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bu il informasiya təhlükəsizliyi üzrə laboratoriyalar yaradılacaq.

Nazirlikdən bildirilib ki, laboratoriyaların yaradılması kibertəhlükələrin analizi, yeni yaranan kiberhücum metodlarının reallaşdırılması və onlara qarşı müdafiə üsullarının tədqiqi, şəbəkə avadanlığının, həmçinin proqram təminatlarının təhlükəsizlik testi məqsədi daşıyır. Nazirlik, həmçinin kibertəhlükəsizlik üzrə yerli və beynəlxalq qanunvericilik bazasının araşdırılmasını, beynəlxalq təcrübə əsasında yerli normativ hüquqi aktların təkmilləşdirilməsini planlaşdırır. Bu istiqamətdə kibertəhlükəsizlik üzrə beynəlxalq standartlar öyrəniləcək və milli standartlar onlara uyğunlaşdırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm