Mobil telefonların idxalı azalıb
Bizi izləyin

Texnoloji

Mobil telefonların idxalı azalıb

2014-cü ilin yekunu üzrə Azərbaycan 51 milyon dollar məbləğində 88 mindən çox mobil telefon və simsiz şəbəkələrdə işləyən digər qurğular (planşet kompüterlər, radiotelefonlar və s.) idxal edib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən 2013-cü illə müqayisədə keçən il Azərbaycana idxal edilən mobil telefonların sayı 6 faizdən çox azalıb, qiymətdə isə 22,4% artım müşahidə olunur. Müqayisə üçün, 2013-cü ildə ölkəyə 94,5 mindən çox telefon gətirilib.

Dövlət Komitəsindən bildirilib ki, ölkəyə hər ay orta hesabla 7 mindən çox mobil telefon və simsiz şəbəkələrdə işləyən digər qurğular idxal edilib. Mobil telefon bazarının aylıq həcmi 427 min dolları ötüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm