İkinci peykimizin orbitdəki yeri müəyyənləşdi
Bizi izləyin

Texnoloji

İkinci peykimizin orbitdəki yeri müəyyənləşdi

“Azərkosmos” və “Intelsat” 45° şərq uzunluğu orbital mövqeyinə yeni peyk qaldırmaq məqsədilə əməkdaşlığa başladıb.

Publika.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycanın milli peyk operatoru "Azərkosmos" ASC və dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan "Intelsat" S.A. (NYSE: I) 45° şərq uzunluğu orbital mövqeyinə yeni peyk qaldırmaq barədə strateji razılaşma imzalayıblar.

"Azerspace-2" regionda DTH, hökumət təşkilatları və şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk həm də birinci telekommunikasiya peyki olan "Azerspace-1"-in orbitdəki ehtiyatı olacaq və "Azərkosmos"a müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Həmçinin "Azerspace-2" sayəsində şirkətin əhatə zonası da genişlənəcək.


"Azerspace-2"-nin orbitə çıxarılması 2017-ci ilə planlaşdırılıb. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Sahara səhrasından cənubda yerləşən Afrika ölkələrini əhatə edəcək.


Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm