Texnoloji
Azərbaycan yeni texnologiyalar sahəsində İranla əməkdaşlıq etməyə hazırdır
Azərbaycan Prezidenti qonşu ölkələrlə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. İran ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması isə rəsmi Bakının xarici siyasətinin prioritet istiqamətidir.
Bu fikirləri Qoşulmama Hərəkatının Tehranda keçirilən konfransında
iştirak edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov
AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində deyib.
Nazir bildirib ki, eyni tarixə, dini və mənəvi dəyərlərə malik olan xalqların mehriban qonşuluq və dostluq şəraitində yaşaması dövlətlərin maraqlarına uyğundur. Məhz xalqlarımızın maraqlarından çıxış edən hər iki ölkənin prezidentləri qarşılıqlı əlaqələri inkişaf etdirməkdə qərarlıdırlar. Prezidentlərin qarşılıqlı rəsmi səfərlərindən sonra münasibətlərin daha intensiv şəkildə inkişafı müşahidə edilir.
Əli Abbasov İranın elmlər, tədqiqat və texnologiyalar naziri Məhəmməd Fərhadi ilə keçirdiyi görüşü xatırladaraq bildirib ki, söhbət zamanı yüksək texnologiyalar sahəsində səmərəli müzakirələr aparılıb. Azərbaycan texnoparkların yaradılması təcrübəsinə malikdir və İranla bu sahədə əməkdaşlıq etməkdə maraqlıdır.
Texnologiya sahəsində əməkdaşlığın hər iki ölkənin iqtisadi
artımına təsir edəcəyini diqqətə çatdıran nazir bu sahədə
əlaqələrin qurulması üçün İranın elmlər, tədqiqat və texnologiyalar
nazirini Bakıya dəvət etdiyini bildirib.
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu