2-ci peykin orbitə buraxılacağı tarix açıqlandı
Bizi izləyin

Texnoloji

2-ci peykin orbitə buraxılacağı tarix açıqlandı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərkosmos” ASC “Azerspace-2” peykinin və əlaqədar yerüstü avadanlıqların satın alınmasına dair açıq tender keçirir.

Publika.az-ın “Azərkosmos”a istinadən yaydığı məlumata görə, tenderdə iştirak etmək istəyənlər 20 min dollar iştirak haqqı ödəməlidir. Bu pul tenderin nəticələrindən asılı olmayaraq geri qaytarılmayacaq.

Tender təklifi 6 ay qüvvədə olacaq. Qalib elan olunacaq iştirakçı müqavilə üzrə işləri 2017-ci ilin sonuna qədər tamamlanmalıdır. Söhbət yerüstü avadanlıqların quraşdırılmasından və peyk kosmodroma göndərilməyə hazır vəziyyətə gətirilməsindən gedir.

Qalib müəyyən edilərkən iddiaçıların maliyyə, texniki, ixtisas meyarları əsasında, habelə Ku- və Ka- radiotezlik zolaqlarında geo-stasionar orbitdə istismar olunan telekommunikasiya peyk və əlaqədar yerüstü avadanlıqlardan ibarət peyk sistemlərinin istismara verilməsi sahəsində təcrübəsi nəzərə alınacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm