• USD 1,7475 +0,16% EUR 1,8490 +0,35%
    • GBP 2,1933 +1,03% RUB 0,0303 +0,66%

Sərhədçilərimiz "Azərsky" peykindən istifadə edəcək (FOTO)

Sərhədçilərimiz "Azərsky" peykindən istifadə edəcək (FOTO)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Dövlət Sərhəd Xidməti (DSX) arasında memorandum imzalanıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, bu gün Dövlət Sərhəd Xidmətinin Aparatında Xidmətin rəisi general-polkovnik Elçin Quliyev və rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tərəfindən dövlət sərhədlərinin mühafizəsində yüksək texnologiyaların səmərəli tətbiqi imkanları geniş müzakirə olunub və bu sahədə gələcək əməkdaşlıq münasibətlərini müəyyən edən qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Memoranduma əsasən ölkə hüdudlarının monitorinqində, həmçinin dövlət sərhəd xəttinin delimitasiyası və demarkasiyası tədbirlərində yüksək rabitə texnologiyalardan, o cümlədən “Azərsky” peykinin imkanlarından geniş istifadə ediləcək.

Memorandum çərçivəsində DSX Akademiyasının “Uçuş mühəndisliyi” ixtisası üzrə təhsil alan kursantlarının rabitə və yüksək texnologiyalar sahəsində təcrübə keçmələrinin təşkili də nəzərdə tutulub.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR