• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Facebook WhatsApp-ı 19 milyard dollara aldı

  • Texnoloji
  • 20 Fevral 2014 02:53
  • 1 139 Baxış
Facebook WhatsApp-ı 19 milyard dollara aldı

Facebook rəhbərliyi smartfonlar üçün WhatsApp mesencerini 19 milyard dollara aldığını bəyan edib.

Ötən ilin sonunda WhatsApp istifadəçilərinin sayı 400 milyonu ötüb. Bu göstərici onu ən sürətlə inkişaf edən internet servislərindən birinə və digər oxşar proqramlar üçün güclü rəqibə çevirib.

WhatsApp-da hər gün 32 milyard ismarış və 500 milyard foto göndərilir.

Şirkət 2009-cu ildə Yahoo-nun keçmiş əməkdaşları tərəfindən yaradılıb. Hazırda bu proqram smartfonlar üçün bütün aparıcı əməliyyat sistemlərində çalışır. WhatsApp-dan illik (birinci il pulsuzdur) istifadə haqqı 0, 99 dollar təşkil edir.

Qeyd edək ki, Google korporasiyası WhatsApp-ı 1 milyard dollara almaq istəsə də, sövdələşmə baş tutmamışdı. WhatsApp daha çox pul istəyirdi. /Musavat/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR