"iPhone" alacaq şəxslərə şad xəbər — YENİLİK
Bizi izləyin

Texnoloji

"iPhone" alacaq şəxslərə şad xəbər — YENİLİK

"Apple"ın yeni aldığı patent ilə yeni nəsil "iPhone" ekran kilidi "selfie" fotoşəkillərlə açılacaq.

"iPhone"larda bir müddətdir istifadə olunan "TouchID", yəni barmaq izi funksiyası istifadəçini şifrə yazmaqdan azad edir və işini xeyli asanlaşdırır. Eyni funksiya indi də üz nayihəsinə də tətbiq olunacaq. "Apple"ın əldə etdiyi 8,994,499 nömrəli patentə görə, telefon əvvəl üzünüzü skan edəcək və daha əvvəl çəkilən digər fotolarınızla tutuşduracaq. Üzlər üst-üstə düşəcəyi halda ekran kilidi açılacaq.

Ancaq "iPhone"üçün gələcək bu xüsusiyyət yeni deyil. Belə ki, "Samsung"un bəzi telefonları bu üz tanıma texnologiyasını daha əvvəllər istifadə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm