Belorus “Azərkosmos”un təcrübəsindən yararlanacaq
Bizi izləyin

Texnoloji

Belorus “Azərkosmos”un təcrübəsindən yararlanacaq

Belarus milli peykinin orbitə buraxılmasında Azərbaycanın təcrübəsindən yararlanacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkov və Belarusun ölkəmizdəki səfiri Nikolay Patskeviç “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə (ƏYPİM) səfər edib.

Səfər zamanı qonaqlara “Azərkosmos” ASC-nin fəaliyyəti, idarəçiliyində olan peyklərin istehsalı, orbitə çıxarılması və sığortalanması barədə geniş məlumat verilib.

Nazirə, həmçinin “Azerspace-1” peykinin idarəolunması, şirkətin fəaliyyətinin kommersiya aspektləri, müştəri xidmətləri və peyk üzərindən yayımlanan kanallar barədə məlumat verilib.

Binanın texniki infrastrukturu ilə tanış olan qonaqlar idarəetmə mərkəzini yüksək qiymətləndiriblər.

Görüş zamanı “Azərkosmos” və Belarusun peyk operatoru “BELİNTERSAT” arasında əməkdaşlığın perspektivləri, 2016-cı ildə orbitə qaldırılacaq “BELİNTERSAT-1” peykini idarəedəcək operatorun formalaşdırılmasında “Azərkosmos”un təcrübəsindən yararlanmaq imkanları müzakirə olunub.

Dostluq və qarşılıqlı anlaşma mühitində keçən görüşün sonunda nazirə “Azerspace-1” peykinin modeli hədiyyə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm