"Microsoft"dan daha bir yenilik
Bizi izləyin

Texnoloji

"Microsoft"dan daha bir yenilik

"Microsoft" "Office Lens" proqramının “İOS” və “Android” versiyalarını təqdim edib.

Smartfon kamerasından skaner kimi istifadə etməyə imkan verən "Office Lens" əlavəsi menyunun, reseptin və ya biznes kartın şəklini çəkdikdən sonra dərhal dəyişiklik edərək "Microsoft"un “OneNote” və ya “OneDrive” bulud yaddaşına göndərir. Proqram şəkli “Word” faylı, “PowerPoint” prezentasiyası və ya “PDF” faylı kimi yadda saxlamağa, eyni zamanda, optik tanıma xüsusiyyətini istifadə edərək mətni axtarış və redaktə etməyə imkan verir. “iOS” və “Android” smartfon istifadəçiləri proqramı pulsuz yükləyə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm