Texnoloji
Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə müraciət etdi
Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə veb-brauzerlərin təhlükəsizliyini təmin etməyi tövsiyə edir.
Publika.az-ın məlumatına görə, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi
istifadəçinin xəbəri olmadan bədniyyətlilər tərəfindən kompüterə
yüklənmiş, məlumatların oğurlanmasına səbəb ola bilən ziyanverici
proqramlar təhlükəsindən müdafiə olunmaq üçün veb-brauzerlərin
təhlükəsizliyini təmin etməyə çağırır.
Mərkəzin tövsiyəsində deyilir ki, ilk olaraq istifadə etdiyiniz
veb-brauzerin təhlükəsizlik sazlamalarını gücləndirin.
Brauzerinizin təhlükəsizlik, gizlilik və məzmun bölmələrindəki
parametrlərini yoxlayın və əmin olun ki, onlar uyğun səviyyədə
qurulub. Təhlükəsizliyin artırılması müəyyən saytların
funksionallığına təsir göstərə bilər.
Brauzerin keş yaddaşını tez-tez silin.
Veb-brauzerdə JavaScript, Java and ActiveX idarə ediciləri deaktiv
edin.
Funksionallığı artırmaq və ya dizayna müəyyən əlavələr etmək
üçün, veb-saytlar veb brauzerdəki proqramların idarə edilməsi
məqsədilə əlavələr (plugin), əmrlər (script) və idarə edicilərə
etibar edirlər. Lakin təəssüf ki, bu əlavələr, əmrlər və idarə
edicilər proqramlaşdırma səhvlərinə malik ola bilər ki, bu da
bədniyyətliyə istifadəçinin kompüterinə ziyanverici proqram
yükləməyə və idarə etməyə imkan verir.
-
Region21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO