Azərbaycanda kiber təhlükəsizlik problemlərinin həlli asanlaşır
Bizi izləyin

Texnoloji

Azərbaycanda kiber təhlükəsizlik problemlərinin həlli asanlaşır

Azərbaycanda kibertəhlükəsizlik sahəsindəki problemlərə qlobal həll tapılması asanlaşır və sürətlənir.

Publika.az-ın məlumatına məlumatına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən FİRST beynəlxalq təşkilatına tam hüquqlu üzv seçilib.

Dünya ölkələrinin kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin (CERT) əməkdaşlığını asanlaşdımaq məqsədilə yaradılan FİRST beynəlxalq təşkilatına kompüter təhlükəsizlik insidentlərinin həlli yönündə fəaliyyət göstərir.

Təşkilata üzvlük kiber təhlükəsizlik sahəsindəki problemlərin qlobal həllinin tapılmasını asanlaşdırır və sürətləndirir.

Bundan əlavə, bu beynəlxalq quruma üzvlük informasiya təhlükəsizliyi sahəsində ən son yeniliklər, insidentlər, təhlükələrdən mühafizə yolları və əlaqəli məsələlərlə bağlı ideyaları, təcrübələri öyrənmək və paylaşmaq imkanı yaradır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm