Bəzi kanalların yayımı dayandırılacaq
Bizi izləyin

Texnoloji

Bəzi kanalların yayımı dayandırılacaq

"Azerspace-1" peyki üzərindən yayımlanan bəzi kanalların yayım tezlikləri dəyişdirilib.

Bu barədə Publika.az-a “Azərkosmos” ASC-dən məlumat verilib.

Qafqazın ilk peyk operatoru olan “Azərkosmos” ASC tərəfindən idarə olunan "Azerspace-1" peyki üzərindən yayımlanan TRT Avaz, 2x2, Semerkand, Cine5, TRT1, Samanyolu, TMB, Fox kanallarının yayımı yaxın günlərdə dayandırılacaq.

Eyni zamanda, bəzi kanalların yayım keyfiyyətinin artırılması məqsədilə yayım tezlikləri dəyişdirilib. Bununla əlaqədar olaraq, THT, S Haber 11134 Mhz: S/R-27500: Pol – H tezliyində, InterAz kanalı isə artıq 11169 Mhz: S/R-27500: Pol – H tezliyində yayımlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm