Telefonunuz zəlzələni öncədən xəbər verəcək
Bizi izləyin

Texnoloji

Telefonunuz zəlzələni öncədən xəbər verəcək

Smartfonunuz sizin uçun avtomobilinizi park edir, nahar edə bilmək üçün yer tapır, və ya əvəzinizə restoran xərclərini ödəyir.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, alimlər tərəfindən hazırlanacaq GPS-lə təchiz olunan smartfon isə zəlzələ barədə öncədən xəbərdarlıq edə biləcək. Bu məqsədlə alimlər cari ildə Çilidə pilot layihə həyata keçirmək niyyətindədirlər.

GPS xəbərdarlıq sistemi sadədir. Belə ki, əgər GPS eyni vaxtda bir neçə telefondan gələn zənglə bir istiqamətdə silkələnirsə, bu zəlzələ xəbərdarlığı deyil. Ancaq bir neçə min telefon eyni vaxtda silkələnməyə başlasa, bu hərəkət hansısa seysmik təkanın göstəricisidir.

Bu telefonlar yalnız 7 bal və ondan daha güclü zəlzələlər barədə bir neçə saniyə ərzində xəbərdarlıq edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm