• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“YouTube” Azərbaycan dilində

  • Texnoloji
  • 17 Aprel 2015 02:11
  • 1 020 Baxış
“YouTube” Azərbaycan dilində

“YouTube” tərtibatçıları doğma dilində onun servislərindən istifadə edən auditoriyanın artırılması üzərində işləməkdə davam edir.

Publika.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “Google” şirkətinə məşhur olan videohostinq ilk illərdən etibarən çoxdillidir və bu gün şirkət siyahıya Azərbaycan dili daxil olmaqla 15 dil əlavə edib. Beləliklə, servis artıq 76 dildə fəaliyyət göstərir. Servis bütün internet istifadəçilərinin 95 faizini əhatə edir.

Dəyişikliklər hələ ki, yalnız dil və interfeyslə bağlıdır. İstənilən dili veb səhifənin sol kolontitulunda “Language” siyahısından seçmək mümkündür.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR