• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Nömrəsini Bakcell şəbəkəsinə daşıyan ilk 10 abunəçi mükafatlandırıldı (R)

  • Texnoloji
  • 25 Fevral 2014 16:47
  • 1 816 Baxış
Nömrəsini Bakcell şəbəkəsinə daşıyan ilk 10 abunəçi mükafatlandırıldı (R)

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz nömrəsini Bakcell şəbəkəsinə daşıyan ilk 10 abunəçini mükafatlandırıb.

Mobil Nömrə Daşınması (MND) xidməti istifadəyə veriləndən sonra Bakcell şəbəkəsinə qoşulan 10 şanslı abunəçi ilə “Bakcell”in Müştəri Xidmətləri Mərkəzində təşkil olunan görüşdə onlara hədiyyələr təqdim olunub.

“MND prosesinə start verildiyi gündən biz mobil rabitə istifadəçiləri tərəfindən Bakcell şəbəkəsinə böyük maraq müşahidə edirik. Bu xidmətdən yararlanmaq istəyən abunəçilərin sayı gündən-günə artır” - deyə “Bakcell”in korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib.

Fevral ayının 1-dən etibarən Bakcell şirkəti Müştəri Xidmətlərində və “Bakcell-IM”lərdə MND prosesi əsasında müvafiq xidmətləri təqdim etməyə başlayıb. Xidmət pulsuzdur. Mərkəzlərin ünvanlarını bu linkdə görmək olar: http://mnd.bakcell.com/az/mnd/Mobile_Number_Portability

MND prosesi və mobil nömrənin Bakcell şəbəkəsinə daşınması haqqında ətraflı məlumatı mnd.bakcell.com saytından və ya 055 800 00 55 nömrəsinə zəng vuraraq əldə edə bilərsiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR