WhatsApp-da iki böyük yenilik
Bizi izləyin

Texnoloji

WhatsApp-da iki böyük yenilik

Dünyanın ən böyük sosial şəbəkəsi Facebook-un 19 milyard dollara satın aldığı WhatsApp messencerində iki ciddi yenilik olacaq.


Milli.Az Milliyet-ə istinadən bildirir ki, bundan sonra messencer istifadəçisinin profil şəklini onun istəmədiyi adamlar görməyəcək.


Digər yenilik isə smartfondakı proqramdan axırıncı dəfə nə zaman istifadə etdiyinizin göstərilməsinin bundan sonra sizdən asılı olmasıdır. Yəni WhatsApp-dan son istifadə dəqiqəsi "Hamıya göstər" və ya "Kimsəyə göstərmə" seçimləri ilə tənzimlənəcək.


Android əməliyyat sistemi ilə çalışan smartfonların sahibləri yeniliklərdən artıq faydalana bilərlər. iPhone sahibləri isə yeniliklərdən bir həftə sonra yararlanmaq şansı əldə edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm