Microsoft - Nokia dostluğu pisləşib?
Bizi izləyin

Texnoloji

Microsoft - Nokia dostluğu pisləşib?

Microsoft - Nokia dostluğu pisləşib?

Nokia və Lumia markalarının hüquqlarına sahib olan Microsoftun gələcəyi naməlumdur. Şirkət Nokia markasının istifadəsi haqqında rəsmi şərhdən qaçır.

Movqe.Az xəbər verir ki, ötəni il Nokianın cihazlar hissəsini satın alan Microsoft mobil bazardakı strategiyalarını formalaşdırmağa davam etdirir.

Şirkət məhsullarında Lumia adını istifadə etməyi davam etdirəcəyini açıqlasa da Nokia üçün qeyri-müəyyənlik davam edir.

"Cnet"in son verdiyi xəbərə görə şirkətin gələcək marka strategiyası hələ dəqiq deyil. Xəbərdə Windows Phone idarəçisi Greg Sullivanın mövzu haqqındakı açıqlamalarına yer verilir. Sullivanın Mobil Dünya Konqresində etmiş olduğu ifadələrdən, Lumia adının yeni məhsullarda istifadə edilməsini doğrulamasına qarşı, Nokia adının gələcəyi haqqında yeni şərh etməkdən boyun qaçırdığı bildirilir.

Texnologiya redaktorlarından görə Microsoftun Nokia markasını istifadə etmək məcburiyyətində olmasının qarşısındakı mane də getdikcə azalır. Hal-hazırda isə Windows Phone və Lumia markalarının öz başlarına ayaqda dayana biləcək mövqeyə gəldikləri deyilir.

Nokia və Microsoft arasındakı arasındakı razılaşmaya görə, Lumia və Asha markalarının istifadə haqqı Microsofta keçmiş vəziyyətdədir. Bu iki marka ilə yanaşı, Nokia markasının istifadə haqqı da 10 illiyinə Microsoftda yer alır. Bununla yanaşı Nokia, öz markasını qoruma haqqına da malikdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm