• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

NASA Marsa adam göndərir

NASA Marsa adam göndərir

NASA rəhbəri Marsın Adəm övladı ilə məskunlaşmasının planını açıqlayıb.

Musavat.com-un məlumatına görə, proqram çərçivəsində qırmızı planetə ilk astronavtlar 2030-cu il üçün çatdırılmalıdır.

Bu, məskənlşmə yönündə ilk addım olacaq, çünki NASA başçısının sözlərinə görə, Yer sakinləri istənilən halda öz doğma yurdunu tərk eləməli olacaqlar. Köç eləməyə ən məqbul planet isə Marsdır.

Planlaşdırılır ki, Ayın yaxınlığına asteroid “çəkilib gətiriləcək” və ondan buraxılış sınaqları üçün istifadə olunacaq. Həmçinin, sonradan məhz həmin asteroiddən qırmızı planetə kosmik gəmilərin göndərilməsi nəzərdə tutulur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR