50 milyard dollar zibilliyə atılıb
Bizi izləyin

Texnoloji

50 milyard dollar zibilliyə atılıb

BMT hesabatına əsasən 2014-cü ildə bütün dünya üzrə 40 milyon tondan artıq işlənmiş elektronika və eletrotexnika məhsulu zibilliklərə atılıb.

Publika.az-ın məlumatına görə, həmin tullantıların yalnız 15 faizə qədəri utilizasiya olunub, yəni təkrar istifadə üçün emal olunub. Elektron tullantıların tərkibində olan faydalı materialların ümumi dəyəri 50 milyard dollar təşkil edir.

Elektron tullantıların tərkibində qiymətli və nadir metallar var, lakin həmin metalları tullantıdan ayırmaq üçün mürəkkəb avadanlıq tələb olunur. BMT proqnozuna görə, yaxın üç il ərzində elektronika və eletrotexnika məhsulu tullantılarının dünyada həcmi 20 faiz artacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm