• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kainatın yaradılış sirrini açmaq üçün eksperiment aparılacaq

Kainatın yaradılış sirrini açmaq üçün eksperiment aparılacaq

Yaponiyada kainatın yaradılışı ilə bağlı sirləri açmaq üçün xüsusi eksperiment keçiriləcək.

Yaponiyalı alimlər COMET eksperimentini 2017-ci ildə başlamağı planlaşdırıblar. Eksperiment Yaponiyanın JPARK surətləndirici kompleksində baş tutacaq.

Sınaqların layihəsi üzərində 13 ölkədən 170 mütəxəssisin işlədiyi deyilir. Layihənin dəyəri 50 milyon avro qiymətləndirilir. Təbiətin sirlərini açmağa hesablanan bu eksperimentin ilkin mərhələsi 2017-ci ildə, ikinci mərhələsi isə 2020-2021-ci illərdə başlayacaq.

Yaponiyalı alimlər bu eksperimentlə yaradılış haqqında mübahisələrə aydınlıq gətirəcəklərinə ümid edirlər./Trend/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR