Avropa Oyunları zamanı ictimai yerlərdə internet pulsuz olacaq
Bizi izləyin

Texnoloji

Avropa Oyunları zamanı ictimai yerlərdə internet pulsuz olacaq

“Azərspace1” telekommunikasiya peyki I Avropa Oyunlarının yayımını təşkil edəcək 4 peykdən biri seçilib. Peyk artıq test prosesindən keçib və istifadəyə tam hazırdır”.

Publika.az xəbər verir ki, bu sözləri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalsitlərə açıqlamasında deyib.

Nazir bildirib ki, oyunlar ərəfəsində dayanacaqlarda, ictimai yerlərdə, parklarda və olimpiya kəndində wi-fi istifadəyə veriləcək:

“Bu iş provayderlər tərəfindən həyata keçiriləcək. Provayderlərə iki ay ərzində bu işin pulsuz həyata keçirilməsini təklif etmişik. Daha sonra bu, ödənişli olacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm