• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycanın internet provayderləri tariflərin azaldılmasına hazırlaşır

Azərbaycanın internet provayderləri tariflərin azaldılmasına hazırlaşır

Azərbaycan İnternet Cəmiyyəti (ISOC Azerbaijan) internet xidmətləri üzrə tariflərin azaldılması məsələsini müzakirə edir. Bunu Trend-ə Cəmiyyətin sədri Qalib Qurbanov deyib.

Onun sözlərinə görə, internet xidmətlərinin tədarükçüləri son istifadəçilər üçün xidmətlərin qiymətinin gələcəkdə azaldılması məsələsi üzrə məsləhətləşmələr və hesablamalar aparırlar: "İnternet provayderlərinin ilkin təklifləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim olunub. Güman edirəm ki, istehlakçılar yeni tariflərin üstünlüklərini artıq ilin birinci yarısında hiss edə biləcəklər. Söhbət internetə çıxış qiymətlərinin xeyli azaldılmasından gedir. Faiz nisbətində son istifadəçilər üçün xidmətlərin qiyməti 30 faizədək azala bilər".

Bununla belə, Q.Qurbanov internet xidmətləri tədarükçülərinin hər dəfə tariflər azaldılan zaman əl atdıqları yanaşmaların qətiyyən əleyhinədir.

Onun fikrincə, internet trafikin artması fonunda təklif edilən paketdə tarif plankasının saxlanılması təcrübəsi səmərəli deyil və gözlənilən nəticələr vermir: "Provayderlər çox vaxt qiymət plankasını qorumaqla buraxılış qabiliyyətini genişləndirir ki, bu da internet xidmətləri bazarında qiymət formalaşdırılması probleminin həllində düzgün yanaşma deyil. Hər kateqoriyadan olan istifadəçilərə qarşı fərdi yanaşmaya ehtiyac var. Şübhəsiz ki, yüksək sürətə ehtiyacı olmayan və video-kontentə baxmağa çox vaxt sərf etməyən istifadəçilər var. Bu kateqoriyadan olan istifadəçilər üçün əlverişli qiymət üzrə paket əldə etmək maraqlı olacaq. Paketə internet trafikin 1-2 meqabit-saniyəsi daxil olunacaq".

Seçilmiş tarif planından asılı olaraq, istifadəçilərin məhdudlaşdırılmayan ADSL çıxışa görə xərcləri 10 manatdan (1024 kilobit-saniyəyə görə) 80 manatadək (10240 kilobit-saniyə) təşkil edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR