Dünyanı dəyişən gənc milyarder – Mark Zukerberq kimdir? - FOTOLAR
Bizi izləyin

Texnoloji

Dünyanı dəyişən gənc milyarder – Mark Zukerberq kimdir? - FOTOLAR

Mark Zukerberq məşhur “Facebook” sosial şəbəkəsinin təsisçisi və ən gənc milyarder kimi tarixə düşüb. 26 yaşlı milyarder “yarım milyondan çox insanı birləşdirdiyi və dünyamızı dəyişdiyi üçün” ilin adamı adına layiq görülüb.

Publika.az “Bizim tərcümə” layihəsində mayın 14-də dünyaya gəlmiş gənc milyarder Mark Zukerberqin həyat hekayəsini təqdim edir.

2010-cu ilin məlumatlarına əsasən, “Facebook” istifadəçilərin sayı milyard yarımı keçib. Hollivudda isə Mark “əfsanələşdirilərək” 2010-cu ildə ondan və “Facebook” şəbəkəsinin yaranmasından bəhs edən “Sosial şəbəkə” filmi çəkilib.

Bəs Mark Zukerberq kimdir? Onun uğurları nədən ibarətdir? Mark 1984-cü ildə mayın 14-də Nyu-York ştatının Uayt-Pleynse şəhərində dünyaya gəlib. Stomatoloq və psixiatr ailəsində dünyaya gələn Markdan başqa evdə 3 uşaq da böyüyürdü. Ailədə 2-ci uşaq olan Mark ziyalı valideynlərin yeganə oğlu idi.

Mark 10 yaşında ikən dünyanın proqramçı və istifadəçilər arasında iki hissəyə bölündüyünü öyrəndi. O, bir istifadəçi kimi ilk kompyuterini də 10 yaşında mənimsədi. Kompyuterə sahib olan Mark günlərin birində özünün böyüdüyünü hiss etdi və yeni oyuncağından bir addım belə kənara çəkilmədi. Bir neçə aydan sonra isə Mark kompyuterdə işçi stolunun arxa fonunu dəyişmək və bu kimi bəsit əməliyyatları yerinə yetirməkdən bezdi. O, komyuterdə başqa bir yenilik kəşf etməyə çalışırdı. Məhz həmin vaxt Mark əlinə kitab alaraq proqramlaşdırma elmini öyrənməyə başladı.

Kitab oxumaq onun xeyrinə işlədi. Hələ məktəbdə oxuyarkən Mark stolüstü “Risk” oyunun kompyuter versiyasını işləyib hazırladı. Markın sözlərinə görə, ilk vaxtlar qlobal proqramlar haqda düşünməyib və insanların xeyrinə yaraya biləcək “Synapse” proqramını yaratdı. Proqram özündə ağıllı mp-3 pleyeri əks etdirirdi. Belə ki, sahibinin musiqi zövqünü “araşdıran” proqram onun istəyinə uyğun düzgün mahnıları seçirdi. Onun yaratdığı proqramı “Microsoft” və “AOL” kimi şirkətlər almaq üçün Markla danışıqlar da aparıb. Lakin Mark 100 min dollarından keçərək dünyanın ən iri korporasiyaları ilə işləməkdən imtina etdi və proqramı satmadı.

Maraqlısı odur ki, Mark başqa elm sahələri üçün də vaxt tapa bilib: o, riyaziyyatı dərindən öyrənib və təbiət elmlərinə maraq göstərib. Bu azmış kimi Mark antik mədəniyyətə baş vurub qədim dillərə yiyələnib. 3 aylıq məktəb tətilində qədim yunan dilini öyrənmək üçün kursa da yazılıb. Universitetdə isə Mark tamamilə fərqli sahə-psixologiya elmini seçərək təhsilini davam etdirib.

Harvard universitetində oxuyarkən Mark əvvəl olduğu kimi dərslərini vaxtında çatdıra bilmirdi: proqramlaşmaya olan maraq onun bütün zamanını alırdı. İmtahanlara isə hazırlaşmaq lazım idi. O incəsənət tarixindən bəhs edən 500 səhifəlik kitabı 2 günə oxumalı idi. Bu müddət ərzində qalın kitabı oxuyub qurtarmaq isə mümkün deyildi. Bu zaman Markın ağlına yaxşı ideya gəldi: o, kitabdakı məlumatları tez vaxt ərzində öyrənmək üçün sayt yaratdı. Onun yaratdığı saytda hər şəklin altında mətn verilmişdi. Beləcə, Mark imtahanı uğurla verə bildi.

Harvard Universitetinin daxili kompyuter şəbəkəsində tələbələrin öz fotolarını və özləri haqda olan məlumatları yerləşdirə biləcək ayrıca bölməsi vardı. Həmin bölmə belə funksiyalaşmışdı: tələbələr haqqında məlumat, onların profili və üzündə gərginlikdən başqa heç bir emosiya əlaməti olmayan fotoları. Bu vaxt gənc Markın ağlına maraqlı bir ideya gəldi: tələbələrin şəkilləri arasında daha çox kimin seksual olmasını ölçən proqram hazırladı. Markın yaratdığı saytı 1 gün ərzində 4 mindən çox insan ziyarət etdi. İstifadəçilərin sayı 20 minə çatanda isə server çökdü. Mark kompyuter sisteminin dağılmasına görə komissiya qarşısında çıxış etməli oldu. O, inzibati tənbeh aldı. Bununla belə, Marka bir şey aydın oldu: bu tipli proqramlar insan kütləsi arasında marağa səbəb olur.

Mark Harvard tələbələri arasında əlaqə yaratmaq məqsədilə yaratdığı saytı 2004-cü il fevralın 4-də istifadəçilərə təqdim etdi. Həmin saytı Mark “Facebook” adlandırdı. Saytın köməkliyi ilə tələbə oğlanlar qız tələbələrin harada yaşadığını, kimin daha qəşəng olduğunu müəyyən edə bilirdilər.

Mark bu işə cəmi bir həftə vaxt sərf etmişdi. Təbii ki, ona bu işdə dostları da yardım etmişdilər. Yeni yaradılmış proqram tez bir zamanda universitet binasından da kənara çıxmağa başladı. Mark təhsil üçün valideynlərinin ona verdiyi bütün pulları getdikcə popularlaşan şəbəkəyə qoydu. Düzdür, saytın nəhəng layihəyə çevrilməsi üçün onun kifayət qədər pulu çatmırdı. Tale bir daha Markın üzünə gülümsədi. O, təsadüf nəticəsində “PayPal” ödəmə sisteminin təsisçisi Piter Til ilə tanış oldu. Təcrübəli biznesmen kürənsaçlı Markla 15 dəqiqə söhbət etdikdən sonra onun layihəsinə 500 milyon dollar yatırdı. Zukerberq layihəsini inkişaf etdirmək üçün isə öz növbəsində universitetdən akademik məzuniyyət götürməli oldu.

Yarım milyon dollar ilk baxışdan böyük məbləğ hesab olunurdu. Buna baxmayaraq, Mark və onun komandası layihəni inkişaf etdirmək üçün kirayə götürülmüş və havalandırma sistemi olmayan məkanda, yerdə oturub işləyirdi. Kaliforniyanın 45 dərəcəlik istisində onlar yorulmadan layihə üzərində çalışırdı.

2004-cü ilin noyabrında istifadəçilərin sayı milyon nəfəri keçdi. Getdikcə “Facebook” sosial şəbəkəsinin əhatə dairəsi daha da genişlənərək istifadəçilərin sayı 5 milyona çatdı. Beləcə, “Facebook” internetdə liderlər siyahısına daxil olaraq Amerikada 7-ci ən məşhur saytlar sırasına düşdü.

Markın təsis etdiyi sosial şəbəkəni də dünyanı 180 dərəcə dəyişdi. Artıq insanlar bir-birinə “Telefon nömrəni verə bilərsən?” deyərək müraciət etmək əvəzinə, “Facebook profil ünvanını verə bilərsən?” deyərək müraciət edir.

Milyonlarla dollar qazanan Mark bununla belə, həyat tərzini dəyişmədi. Məsələn, Mark işə ya piyada ya da velosipedlə gedir. Sevimli geyimi sadə şalvar, mayka və səndəl ayaqqabılarıdır. Onun arvadı isə çin əsilli Prisilla Çendir.

Mark nadir hallarda uğurlarını canfəşanlıqla dilə gətirir. Demək olar ki, “Facebook” un atası kamera qarşısında özünü narahat hiss edir və qısa müsahibələr verməklə yayınır.

Digər milyarderlərdən fərqli olaraq Mark uğurlarını gizlətməyə çalışmır. İlk növbədə onu demək lazımdır ki, Mark texniki sıçrayış və yaradıcılıq strategiyası arasında olan fərqi anlayır. Bəziləri isə Markın uğurunu onun düzgün danışıqlar aparmaq kimi nadir istedada malik olmasında görür.

Mark Zukerberq çox tələbkardır. O, mübahisə etməyi sevir, nadir hallarda əməkdaşlarını tərifləyir və onların ürəklə işləməsi üçün əlindən gələni edir. Qısası, Mark bir rəhbər kimi yanında heç zaman laqeyd işçilər saxlamır.

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm