Zibilliyə atdığı kompüter 200 min dollara satıldı - VİDEO
Bizi izləyin

Texnoloji

Zibilliyə atdığı kompüter 200 min dollara satıldı - VİDEO

Bu gün yeni kompüterlər və telefonlardan istifadə edirik. Əlbəttə ki, 20-30 il əvvəl istehsal olunan kompüterlər və telefonlar artıq həyatımızın bir parçası deyil. Yalnız texniki xüsusiyyətləri ilə deyil, dizayn baxımından da işimizə yaramayan bu cihazların bəziləri əslində antik dəyər daşıyır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da “Apple” şirkəti tərəfindən 1 iyul 1976-cı ildə istehsal olunan köhnə kompüter 200 min dollara yeni sahibinə satılıb.

Məlumata görə, ABŞ-ın San-Fransisko şəhərində yaşayan qadın kompüteri qoymaq üçün evində yer tapmayıb. O, 1976-cı ildə 666 dollara aldığı kompüteri vermək üçün köhnə kompüterləri toplayan şirkətə müraciət edir.

Şirkət kompüteri götürür və üzərində aparılan araşdırmalardan sonra cihazın “Apple I” kompüteri olduğu ortaya çıxır. Şirkət satışa çıxardığı kompüteri 200 min dollara satır.

Hazırda kompüterin əvvəlki sahibi olan qadın axtarılır. Şirkət pulun yarısını ona vermək niyyətindədir. Lakin qadın hələ tapılmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm