• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Azərbaycan peyki üzərindən yayılan kanalların sayı artdı

Azərbaycan peyki üzərindən yayılan kanalların sayı artdı

Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC yeni beynəlxalq kanallarla əməkdaşlığa başlayıb. Artıq yerli peyk operatoru “Sinema” TV, “Star Shopping” TV, “Sine klassik” TV və “Zahra” TV kanalları ilə müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, müqaviləyə əsasən, adı çəkilən kanallar bu gündən etibarən “Azerspace-1” peyki üzərindən 11015/H/30000 tezliyi ilə yayıma başlayacaq.


Məlumat üçün bildirək ki, 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”-ın idarəçiliyini təhvil almış və bununla da Geo-İnformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb.


Bu məqsədlə, “Azərkosmos” 2017-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR