“HP” 2016-cı ildə “Machine” kompüterinin prototipini təqdim edəcək
Bizi izləyin

Texnoloji

“HP” 2016-cı ildə “Machine” kompüterinin prototipini təqdim edəcək

“Hewlett-Packard” (HP) şirkətinin nümayəndələri “HP Discover” konfransında “Machine” layihəsi çərçivəsində yeni hesablama sisteminin yaradılması üzrə aparılan işlər haqqında məlumat veriblər.

Publika.az ikt.az saytına istinadla xəbər verir ki, “HP” müasir kompyuterlər üçün xarakterik olan yaddaşın çoxsəviyyəli arxitekturasından imtina etməyi təklif edir. Yeni növ yığıcılar əməli yaddaş qurğusu funksiyasını yerinə yetirəcək. Bu yaddaşın əsasında rezistor, kondensator və induktivlik makarasından sonra mikrosxemlərin dördüncü passiv elementi olan memristorlar dayanacaq. Yeni arxitekturaya keçid məlumatların məhsuldarlığının eyni vaxtda baş verən çoxsəviyyəli artımını və enerji istehlakının azalması zamanı saxlanılma sıxlığını 10 dəfələrlə artırmağa imkan verəcək.

“HP Labs”ın tədqiqat bölməsinin rəhbəri Martin Finin sözlərinə görə, “Machine”in prototipinin 2016-cı ildə təqdimatı nəzərdə tutulur. Bu sistemdə planlaşdırılan bütün innovasiya həlləri reallaşdırılmasa da HP-də memristor yaddaşın əvəzinə ənənəvi DRAM-çipləri tətbiq ediləcək.

Bununla belə, “Machine”in prototipi sistemin hesablama gücü haqqında təsəvvürə malik olmağa imkan verəcək. Eksperimental qurğuda 2500 hesablama nüvəsi və 320 terabayt daimi yaddaş yerləşdiriləcək. Sistem, həmçinin yeni növ aparat platforması üçün ixtisaslaşdırılmış proqram təminatı və əməliyyat sisteminin sınaqdan keçirilməsi üçün istifadə olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm