“Apple” kompaniyası yeni servisini istifadəyə verir
Bizi izləyin

Texnoloji

“Apple” kompaniyası yeni servisini istifadəyə verir

“Apple” kompaniyası mobil qurğu, həmçinin smartfon sahiblərinə operativ xəbərlərə çıxış imkanı verən yeni servisi ilə dünya bazarına çıxır. Xidmət “Apple News” adlandırılıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, servisin istifadəyə buraxılması “Apple” kompaniyasının San-Fransisko şəhərində hər il keçirilən Ümumdünya konfransında elan edilib. Iyunun 10-da kompaniya özünün yeni informasiya servisi barədə əlavə məlumat verib. “Apple News” payız aylarında bazara çıxacaq ən yeni iOS 9 əməliyyat sisteminin platformasına daxil edilib. ABC telekanalının məlumatına əsasən, bu servis “Apple”nin yeni informasiya formatındakı 50 nəşrdən xəbərlər və məqalələr oxumağa imkan verəcək.

“Apple News” servisinin iştirakçıları arasında Amerikanın “New York Times”, Britaniyanın “Daily Mail” qəzetləri, “Economist” həftəliyi, “Time” mediaholdinqi, “BuzzFeed” internet portalı, ESPN telekanalı, “Vox Media”, “Conde Nast”, “Hearts” qruplarının nəşrləri də yer alıb. Onların hər birinin internetdə öz portalları mövcud olsa da, bu KİV-lər “Apple News” xəbər xidmətinin vahid virtual məkanında da təmsil olunacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm