Snop Doqq “twitter”in baş direktoru olacaq
Bizi izləyin

Texnoloji

Snop Doqq “twitter”in baş direktoru olacaq

Tanınmış amerikalı reper Snop Doqq “twitter” sosial şəbəkəsinin rəhbəri Dik Kostolonun istefası ilə bağlı yayılan məlumatdan sonra sosial şəbəkə ilə bağlı planlarını açıqlayıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, tanınmış reper “twitter”ə rəhbərlik etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Dik Kostolonun istefa xəbəri bu gün yayılıb. Amma o, şirkətin direktorlar şurasında qalacaq. Şirkəti müvəqqəti olaraq yaradıcılarından biri Cek Dorsi idarə edəcək.

Xatırladaq ki, 43 yaşlı reper aprel ayında tibbi marixuananın çatdırılması ilə bağlı onlayn-layihəyə xeyli miqdarda pul qoymuşdu.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm