Pis xatirələri necə silməli? - ELM
Bizi izləyin

Texnoloji

Pis xatirələri necə silməli? - ELM

Bir-biri ilə əlaqəsi olmayan iki elmi qrupun təcrübələri depressiyanın və zərbədən sonrakı sindromun müalicəsində mütəxəssislərin qarşısında yeni imkanlar açıb.

Axar.az xəbər verir ki, alimlər mənfi xatirələri müsbətə dəyişdirən texnologiyanın inkişafına təkan verəcək tədqiqatları genişləndiriblər. Başda Susuma Toneqava olmaqla fəaliyyət göstərən alimlər qrupu emosional bilgilərin xatirələrə necə təsir göstərdiyini və onları kökündən dəyişmək üçün bu bilgilərdən necə istifadə etməyin yolarını izah ediblər. Toneqava və onun komandası ilk dəfə olaraq baş beyində yaxşı və pis xatirələrin yarandığı zonaların dəqiq yerlərini göstəriblər. Alimlər optogenetikanın köməyi ilə siçanların emosional yaddaşını izləyə və ona təsir göstərə biliblər. Eksperimentin əvvəlində alimlər siçovulun orqanizminə mavi lazerin təsirinə reaksiya verən zülal yeridirlər. Alimlər müsbət və ya mənfi təcrübə ilə əlaqədar olan neyronların onun şüalanmasına nə zaman məruz qaldığını aydınlaşdıra bildilər. Siçovullar hətta təcrübənin doğurduğu stimulun yoxluğunda belə onu yalnız xatırlamaqla bu emosiyaları yenidən yaşayıblar.

Toneqava belə hesab edir ki, apardığı tədqiqatlar depressiyadan əziyyət çəkən pasiyentlərin müalicəsində psixoterapevtlərin işinin effektivliyini artırmağa qadirdir. Həkim xəstəni inandırmalıdır ki, xatirələri nəzərdən keçirərkən yalnız müsbət emosiyalara köklənmək lazımdır. Massaçusetdəki MakLean xəstəxanasında işləyən alimlər qrupu aşkar edib ki, daha çox Avropada anesteziya üçün istifadə edilən ksenon travmatik yaddaşla bağlı olan qorxunu neytrallaşdıra bilər. Belə ki, ksenon siçovullarda yaşadığı sarsıntı ilə əlaqəli yaranan qorxunun təsirini azaldıb.

Bununla belə, hələ aydın deyil ki, posttravmatik sindromlu pasiyentlərdə ksenon uzun müddət təsir göztərə bilərmi? Psixiatriya kafedrasının dosenti Edvard Meloninin sözlərinə görə, əgər qazın təhlükəsizliyi sübut olunarsa, pasiyentlər ksenondan inqalyasiya kimi də istifadə edə bilərlər. Alimlər qeyd ediblər ki, yaxın adamın ölümü və çox çətin yaşanan ayrılıqlar kimi neqativ hadisələrə ksenon, ehtimal ki, müsbət təsir göstərməlidir!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm