“Google” şəhərlərin quruluşunu təkmilləşdirəcək
Bizi izləyin

Texnoloji

“Google” şəhərlərin quruluşunu təkmilləşdirəcək

ABŞ-ın “Google Inc.” internet şirkəti şəhərlərin quruluşunun təkmilləşdirilməsi üzrə layihələrin həyata keçirilməsi üçün bölmə yaradıb.

Publika.az ikt.az saytına istinadla xəbər verir. Şirkətin baş direktoru Larri Peycin bildirib ki, yeni “Sidewalk Labs” bölməsi diqqəti şəhərlərdə texnologiyaların inkişafı və tətbiqi sayəsində yaşayış xərcləri, nəqliyyat sistemlərinin effektivliyi və elektrik enerjisindən istifadə kimi məsələlərin həlli üçün həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldəcək.

O qeyd edib ki, urbanistikada texnologiyaların təkmilləşdirilməsi dünyada milyardlarla insanın həyatını yaxşılaşdıra bilər.

“Sidewalk Labs”ın direktoru vəzifəsinə Nyu-York merinin iqtisadi inkişaf və tikinti məsələləri üzrə keçmiş müavini Deniel Doktoroff təyin ediləcək. O, “Sidewalk Labs”ın dünya şəhərlərində tətbiq edilə biləcək texnologiya, platforma və müasir infrastrukturun inkişafında mühüm rol oynayacağını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm