“Azərkosmos” 9 min manatlıq müqavilə imzaladı
Bizi izləyin

Texnoloji

“Azərkosmos” 9 min manatlıq müqavilə imzaladı

Azərbaycanın milli peyk operatoru “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti sorğu xidmətləri üzrə müqavilə imzalayıb.

Publika.az-ın məlumatına əsasən, müqavilə “SİAR Intelligence” məhdud məsuliyyətli cəmiyyətilə bağlanılıb.

Müqavilə çərçivəsində “SİAR Intelligence” MMC “Azərkosmos” ASC-yə “Peyk televiziyası operatoruna olan tələbatın öyrənilməsi üçün respublika üzrə əhali arasında müvafiq sorğunun keçirilməsi” istiqamətində xidmətlər göstərəcək.

Qeyd edək ki, müqavilənin ümumi dəyəri 9140 manat təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm